Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.
"Report" xəbər verir ki, "Antalyaspor"u məğlub edən "Qalatasaray" klubu çempionluğu rəsmiləşdirib.
Bu matçda "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.
Beləliklə, komanda 26-cı dəfə Türkiyə çempionu olub.
"Fənərbaxça" isə "Konyaspor"dan üstün olub - 3:0. Nəticədə "sarı-lacivərdlilər" ikinci pillədə qərarlaşıblar.