PSJ Mbappeyə əvəzləyici tapıb

Fransanın PSJ klubu hücumçusu Kilian Mbappenin “Real”ə keçəcəyi təqdirdə onun yerinə oyunçu tapıb.

“Report” xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Parislilər Mbappe gedəcəyi təqdirdə "Milan"dan 24 yaşlı portuqaliyalı Rafael Leaonu ala bilərlər.

Leao 2019-cu ildən "Milan"da çıxış edir. O, 2021/2022 mövsümündə komandanın heyətində İtaliya çempionu olub. Portuqaliyalı bu mövsüm A Seriyasında 20 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

2022-ci ilin mayında mətbuat Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr onun artıq “Real” ilə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer heç vaxt baş tutmadı. Mbappenin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Bu mövsüm Mbappe Fransa çempionatında 18 matçda iştirak edib, 20 qol vurub (5-i penaltidən) və 5 məhsuldar ötürmə verib.

Digər xəbərlər