PSJ futbolçusunun müqaviləsinin müddətini uzadır, maaşını artırır

Fransanın PSJ klubu futbolçusu Dezire Duenin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.

Paris təmsilçisi oyunçunun maaşını da əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Qeyd edək ki, Dezire Due cari ildə "Qızıl oğlan" mükafatının sahibidir.

Digər xəbərlər