Azərbaycanda həftənin ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib - ƏLAVƏ OLUNUB

Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "11-lik" “InStat” şirkətinin təhlili əsasında açıqlanıb.  

Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 9

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) - 2, Voislav Stankoviç (“Qəbələ”) - 4, Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 5, Riçard Almeyda (“Qarabağ”) - 2, Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”)

Hücumçular: Canluka Sansone (“Neftçi”), Amil Yunanov (“Keşlə”).

Həftənin oyunçusu isə A.Yunanov seçilib.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05