Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib.
"Report"un məlumatına görə, “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.
Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”nın qolunu isə 56-cı dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı olan “Şamaxı” 35 xala malikdir.
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.