Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, 3-cü oyun günündə A, B və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrəyə, Çexiya isə Portuqaliyaya uduzub.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanı darmadağın edib. Şotlandiya isə evdə İrlandiyaya qalib gəlib.

2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı məğlub edərək, adını pley-offa yazdırıb. Meydan sahibləri həəmçinin A Liqasına vəsiqə qazanıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç isə Serbiya ilə bacarmayıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
24 sentyabr

A Liqası
2-ci qrup
22:45. İspaniya - İsveçre - 1:2

Qollar: Xordi Alba, 55 - Manuel Akanci, 21. Brel Embolo, 59

22:45. Çexiya - Portuqaliya - 0:4

Qollar: Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82

Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4

Digər xəbərlər