Portuqaliya - Konqo matçının ən yaxşı futbolçusu açıqlanıb

Futbol üzrə dünya çempionatında Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında keçirilən K qrupunun I turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, avropalıların heyətində Joau Neveş oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, yarımmüdafiəçi sözügedən matçda (1:1) komandasının qolunu vurub.

Digər xəbərlər