Pele növbəti dəfə xəstəxanaya yerləşdirilib

Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Pauludakı "Albert Eynşteyn" klinikasındadır.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52