Ötən ilin ən yaxşı qapıçısı adına namizədlərin sayı azalıb

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin sayını azaldıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, kişilər arasında bu ada Fransa PSJ-sindən Canluici Donnarumma, İngiltərə "Çelsi"sindən Eduar Mendi və Almaniya "Bavariya"sından Manuel Noyer iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə bunlardır: 1. Ann-Katrin Berger - (Almaniya / "Çelsi"), 2. Kristiana Endler - (Çili / PSJ / "Lion"), 3. Stefani Labbe (Kanada / "Rusenqord" / PSJ).

Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.

Digər xəbərlər