Oman futbol üzrə Fars Körfəzi Millətləri Kubokunun qalibi olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Futbol üzrə Oman yığma komandası Fars Körfəzi Millətləri Kubokunun finalında BƏƏ üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, matçın əsas və əlavə olunmuş hissəsi 0:0-lıq heç-heçə ilə başa çatıb.

Oyun sonrası penaltilər seriyasında isə Oman millisi rəqibi 5:4 hesabı ilə məğlub edib.

Oman yığması tarixində ikinci dəfə Fars Körfəzi Millətləri Kubokunun qalibi olub.

Digər xəbərlər