"Neftçi” xorvatiyalı futbolçu Mateo Mujeklə müqavilə bağlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ "Neftçi” xorvatiyalı futbolçu Mateo Mujeklə müqavilə bağlayıb.

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi 2 illik sözləşməyə imza atıb. O, Sloveniyanın “Rudar” klubundan “Neftçi”yə keçib.

Qeyd edək ki, “Neftçi” yay fasiləsi ərzində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05