"Neftçi"nin yetirməsi Cavanşir Şahbazlı "Şimal"la anlaşıb.
"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycanın U-19 millisinin sabiq üzvü "Bakı"nın da formasını geyinib.