"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

"Report"un məlumatına görə, o, Serbiya və İsveç komandaları arasında keçiriləcək Millətlər Liqasının V tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.

Digər xəbərlər