"Neftçi"nin məşqçisi: "Azarkeşləri üzdüyümüzü bilirik"

"Neftçi" komandası öz nəticələri ilə azarkeşlərini üzməkdə davam edir.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Sənan Qurbanov "Sabah"a qarşı Misli Premyer Liqasının XIV turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Son 3 oyunda akademiyanın məşqçi heyəti və mən komandaya kömək etməyə çalışdıq. "Neftçi"nin toparlanacağını və yaxşı nəticələr qazanacağını düşündük. Amma görünür ki, nəticələr yaxşı deyil. Azarkeşləri üzdüyümüzü bilirik. Son 3 oyunu müqayisə etsək, ən pis bu gün çıxış etdik. Birinci hissədə rəqib komandaya müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə "Sabah"a təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Təəssüflər olsun ki, yenə alınmadı. İnşallah, qarşıdakı günlər "Neftçi" üçün xeyirli olar. Yeni baş məşqçi gələr, komandanı toparlayar".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər