"Neftçi"nin legioneri: "İlk oyunumda qol vurduğum üçün sevinirəm"

Bakı. 3 fevral. REPORT.AZ/ "Bizim üçün çox yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynadıq. Bura qələbə üçün gəlmişdik. Heç-heçəni də müsbət nəticə saymaq olar".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Mbodj Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Qarşılaşmanın 30-cu dəqiqəsində cavab qolunu vuran seneqallı müdafiəçi komandası üçün faydalı olmağa çalışdığını deyib:

"İlk rəsmi oyunda qol vurduğum üçün sevinirəm. Komandama faydalı olmağa çalışıram".

Digər xəbərlər