"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.
"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II turda debüt edib.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.