"Neftçi'nin "Arsenal" ilə oyunda hesabı açan futbolçusu zədələndiyi üçün əvəzlənib

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"a qarşı Rusiyada keçirilən oyunda itki ilə üzləşib.

"Report" xəbər verir ki, Dario Frederiko 72-ci dəqiqə rəqibin müdaxiləsindən sonra zədələnib və yerini Namik Ələskərova verib.

Qeyd edək ki, hazırda "Neftçi" 1:0 hesabı ilə öndədir. matçda yeganə qolu 45+1-ci dəqiqədə məhz Dario vurub.

Digər xəbərlər