"Neftçi" moldovalı futbolçu ilə müqavilə bağlayıb - YENİLƏNİB - VİDEO

Bakı. 15 fevral. REPORT.AZ/ “Neftçi” klubunun yeni transferi Petru Raku ilə müqavilənin detalları müəyyənləşib.

“Report” “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, moldovalı müdafiəçi ilə cari mövsümün sonunadək sözləşmə imzalanıb.

Raku sabiq komandası “Şerif”də olduğu kimi, “Neftçi”də də 4 nömrəli formanı geyinəcək.


14:07***

Bakı.15 fevral. REPORT.AZ/ "Neftçi" klubu yeni transferini reallaşdırıb. 

"Report" paytaxt təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Moldovanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Petru Raku Moldova yığmasının da üzvüdür. 

Digər xəbərlər