"Neftçi" klubu paraqvaylı legioneri Dieqo Valdeslə yolları ayırıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, D.Valdes 2023-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.