"Neftçi" Gürcüstan millisinin müdafiəçisi ilə 2 illik müqavilə bağlayacaq

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" "geoteam" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı transfer edib.

30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Solomon Kverkveliyanın son klubu Gürcüstan "Qaqra"sı olub. O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların formasını geyinib.

Digər xəbərlər