Neftçi” daha bir transferini rəsmiləşdirib - VİDEO

Neftçi” haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlayıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib.

Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05