"Neftçi" avrokuboklarda ilk dəfə səfərdə böyük hesablı qələbə qazanıb

"Neftçi" klubu avrokuboklarda tarixi nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, flaqman ilk dəfə səfərdə böyük hesablı qələbəyə imza atıb. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa" ilə ilk oyuna təsadüf edib - 3:0. Ümumilikdə isə bu, "Neftçi"nin darmadağınla qalib gəldiyi ikinci avrokubok matçı olub. Daha əvvəl "ağ-qaralar" 2012-2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Gürcüstan "Zestafoni"sini eyni hesabla udub.

Qeyd edək ki, "Neftçi" "Sperantsa" ilə cavab görüşünü iyulun 18-də "Bakcell Arena"da keçirəcək.

Digər xəbərlər