UEFA Çempionlar Liqasında VI turun ilk oyun gününə yekun vurulub.
"Report"un məlumatına görə, 8 qarşılaşmanın yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı müəyyənləşib. Bunlar İngiltərənin "Liverpul" və "Çelsi", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli", Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Lion" klublarıdır. Qruplarda 3-cü yeri tutan Avstriya "Zaltsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı və Hollandiya "Ayaks"ı mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. Belçikanın "Genk", Çexiyanın "Slaviya" (Praqa), Rusiyanın "Zenit" və Fransanın "Lill" kollektivləri isə qrupda qalıb.
Beləliklə, 1/8 finala yüksələn komandaların sayı 14-ə çatıb.
Daha əvvəl bu vəsiqələri İspaniyanın "Barselona" və "Real Madrid, Almaniyanın "Bavariya" və "Leyptsiq", İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus" və Fransanın PSJ klubları yiyələnib. Qalan 2 vəsiqənin sahibi ikinci oyun günündə müəyyənləşəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
E qrupu
21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0
Qollar: Arkadiuş Minlik, 3; 26; 38-pen. Dris Mertens, 75-pen.
21:55. "Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Nəbi Keyta, 57. Məhəmməd Salah, 58
Xal durumu: "Liverpul" - 13, "Napoli" - 12, "Zaltsburq" - 7, "Genk" - 1.
F qrupu
24:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Romelu Lukaku, 44 - Karles Peres, 23. Ansu Fati, 86