Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.
“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.
“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu tutmaq xüsusi bir şeydir”, – sənətçi bildirib.
Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərənin üçüncü divizionu olan Liqa 1-də qalmaq uğrunda mübarizə aparır.