Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” ardıcıl 6-cı qələbəsini qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında VI tura yekun vurulub.

“Report”un məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.

Lider “Zirə” ardıcıl 6-cı qələbəsini qazanıb. Adıçəkilən komanda bu dəfə “Qalaxy Bakı”nı məğlub edib. “Zirə”nin ən yaxın izləyicisi olan “Birbaşa Bakı” isə “Aznur”u üstələyib.

Azərbaycan çempionatı
VI tur

“Abşeron” – “Dirçəliş” 3:3
“Birbaşa Bakı” – “Aznur” 5:2
“Veteran” – “İnter” 0:4
“Zirə” – “Qalaxy Bakı” 6:2

Qeydə alınan nəticələrdən sonra “Zirə” 18 xalla turnir cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyicisi “Birbaşa Bakı”nın hesabında 15 xal var.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32