Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşma 5:1 hesabı ilə bitib.
Ukrayna yığması finalda Serbiya - Azərbaycan oyununun qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, final matçı iyunun 4-də keçiriləcək.