Bakı. 9 noyabr. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun futbolçusu Lukas Bilya uzun müddətə sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi Finlandiyada əməliyyat olunub. Argentinalı oyunçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Lukas Bilya komandanın məşqində zədələnib. O, İtaliya A Seriyasında 9 oyunda meydanda olub. "Milan" 11 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.