Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı

"Boka Xuniors" klubunun futbolçusu Karlos Teves Argentina çempionatında rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, 36 yaşlı hücumçu "Talyeres"lə matçın 3-cü saniyəsində rəqib oyunçunun ayağına zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

O, ölkə çempionatı tarixinə ən tez xəbərdarlıq alan oyunçu kimi düşüb.

Qarşılaşma "Boka Xuniors"un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın 2 oyunçusu qırmızı vərəqə görərək meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, Teves bu mövsüm oynadığı 24 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində İngiltərədə "Mançester Yunayted" və "Mançester Siti", həmçinin İtaliyada "Yuventus" kimi komandaların formasını geyinib.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32