Maradonanın ölümü ilə bağlı FIFA-nın qərargahındakı bayraqlar endirildi

FIFA argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı tvitter səhifəsində növbəti dəfə paylaşım edib.

"Report"un məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında bütün bayraqların endirildiyi bildirilib.

"Hamımız dahi Dieqo Maradonanın vəfatı ilə əlaqədar yas tuturuq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.

Digər xəbərlər