"Mançester Yunayted"in futbolçusu 3 ay yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt 3 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "UTD Menace"yə istinadən xəbər verir ki, o, Premyer Liqanın XVI turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnib.

Müayinədən sonra onun 2025-ci ilin ilk aylarında meydana çıxa bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Meyson Maunt cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 13 görüşdə meydana çıxıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32