İngiltərə Premyer Liqasının XIX turunun növbəti oyununda “Mançester Yunayted” “Bornmut”dan üstün olub.
“Report” xəbər verir ki, Mançesterin "Old Trafford" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Qaliblərin heyətində Kazemiro, Lyuk Şou və Markus Reşford fərqləniblər.
Bu oyundan sonra Erik Ten Haqın yetirmələri 35 xal toplayaraq ölkə çempionatının turnir cədvəlində dördüncü pilləyə yüksəliblər.
"Bornmut" 16 xalla 15-ci pillədə qalıb.
Növbəti turda “qırmızı şeytanlar” doğma meydanda “Mançester Siti” ilə qarşılaşacaq. Oyun yanvarın 14-də baş tutacaq. Həmin gün "Bornmut" "Brentford"la qarşılaşacaq