İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klubuları İtaliya təmsilçisi "İnter"də çıxış edən Denzel Dumfrislə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Premyer Liqa təmsilçiləri qış transfer dönəmində 29 yaşlı müdafiəçini heyətə cəlb etməyə çalışacaq.
Qeyd edək ki, Dumfris "İnter"in heyətində meydana çıxdığı 181 oyunda 23 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.