"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür

İngiltərənin "Mançester Siti" klubu yayda "Real”ın (İspaniya) yarımmüdafiəçisi Eduardu Kamavinqanı transfer etməyi düşünür.

“Report” “Football Transfers”ə istinadən xəbər verir ki, Madrid klubunun futbolçusunun yayda “şəhərliləri”i tərk edəcəyi gözlənilən Bernadu Silva və ya İlkay Gündoğandan birinin əvəzləyicisi kimi heyətə dəvət edilməsi planlaşdırılır.

Futbolçunun Mançester təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, E.Kamavinqa cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 24 oyunda, 1 qola və iki məhsuldar ötürməyə imza atıb. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirlir.

Digər xəbərlər