"Mançester Siti" yayda ingiltərəli futbolçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Siti" klubu yayda "Nottinqem Forest"də çıxış edən futbolçu Morqan Qibbs-Uaytı heyətinə qatmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.

Mançester təmsilçisi ötən il ingiltərəli oyunçunu almağa çalışsa da, istəyinə çatmayıb.

Qeyd edək ki, Morqan Qibbs-Uayt cari mövsüm 35 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçunun "Nottinqem Forest"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20