“Mançester Siti” İngiltərə futbolu tarixində rekord gəlir əldə edib

“Mançester Siti” İngiltərə futbolu tarixində rekord gəlir əldə edib.

“Report” xəbər verir ki, Premyer Liqa klubu 2022/2023 mövsümündə 712,8 milyon funt-sterlinq qazanc götürüb.

Bu isə əvvəlki 12 ay ilə müqayisədə 99,8 milyon çoxdur. Mənfəət 80,4 milyon funt-sterlinqdir ki, bu, ötən mövsümdəkindən (41,7 milyon) təxminən iki dəfə artıqdır.

“Şəhərlilər”in futbolçulara ödədiyi maaş da ölkə futbolu tarixində rekord məbləğdə olub - 422,9 milyon funt-sterlinq. Qazanılan titullar oyunçulara əlavə bonuslar ödənilməsinə səbəb olmuşdu. Eyni zamanda, Erlinq Holannın transfer məbləği də bura əlavə edilib. Bir il əvvəl klubun maaş fondu 69 milyon az olub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32