"Mançester Siti" futbolçusu ilə müqaviləni yeniləyib

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Ruben Diaşla müqavilənin müddətini uzadıb.

"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Ruben Diaş 2020/2021 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu və Çempionlar Liqasının ən yaxşı müdafiəçisi adına layiq görülüb.

Digər xəbərlər