"Mançester Siti" İngiltərə Kubokunda 145 illik rekordu təkrarlayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" buna ötən gün 1/16 finalda "Solford Siti"ni (2:0) məğlub etməklə nail olub.
Mançester təmsilçisi bu turnirdəki ev oyunlarında ardıcıl 17-ci qələbəsini qazanıb.
Tarixdə sonuncu belə seriyaya 1873-cü ildən 1881-ci ilədək "Klephem Rovers" komandası imza atıb.