İngiltərənin "Liverpul" klubu futbolçusu Dominik Soboslainin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2030 və ya 2031-ci ilin yayınadək yeniləmək istəyir.
Danışıqlar hazırlıq mərhələsindədir və ölkə çempionu təkmilləşdirilmiş əməkdaşlıq şərtləri təklif etməyə hazırdır. Macarıstanlı oyunçunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Dominik Soboslai 2023-cü ildən "Liverpul"un formasını geyinir. O, cari mövsümdə 14 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.