Lənkəran komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən "Xan Lənkəran"ı yarışdan kənarlaşdırıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın heyətində "Şəfa" ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub.

Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından "Xan Lənkəran" turnirdən uzaqlaşdırılıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32