Kurasao yığması dünya çempionatlarında əhali sayına və ərazi sahəsinə görə qol vuran ən kiçik ölkənin komandası olub və İslandiyaya məxsus rekordu yeniləyib.
"Report" ESPN-ə istinadən xəbər verir ki, komanda DÇ-2026-nın qrup mərhələsində ilk matçını Almaniya yığmasına qarşı keçirib.
E qrupunun görüşü Almaniyanın 7:1 hesablı qələbəsi ilə başa çatıb. Kurasao millisinin yeganə qolunu 21-ci dəqiqədə Livano Komenensiya vurub.
Qeyd edək ki, daha əvvəl bu rekord İslandiya yığmasına məxsus idi. Təxminən 350 min əhalisi olan ölkənin komandası DÇ-2018-də fərqlənmişdi.