Misli Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutub.
"Report"un məlumatına görə, "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib.
Görüş 2:2 hesabı ilə başa çatıb. "Araz-Naxçıvan"ın heyətində qolları Patrik Andrade (22), Ağadadaş Salyanskiy (62) rəqib qapısından keçiriblər. "Zirə"dən isə Eren Aydın (69) və Mehdi Mişahşah (87) fərqləniblər.
Bu nəticədən sonra Bakı təmsilçisi 16 xalla 5-ci pillədə qərarlaşıb. 3 xala malik Naxçıvan komandası isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib.