İngiltərənin "Aston Villa" klubu millinin sabiq futbolçusu Ceymi Karragerə qarşı məhkəmə iddiası qaldıracaq.
"Report" Birmingem təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna mütəxəssisin klubu və azarkeşləri təhqir etməsi səbəb olub.
Klubun yaydığı bəyanatda heç kimə komandanın yüksəlişinə mane olmağa imkan verilməyəcəyi vurğulanıb.
C.Karrager daha əvvəl "Aston Villa"nın heç vaxt "Mançester Yunayted" səviyyəsinə çata bilməyəcəyini bildirib və ekspert kimi çıxış etdiyi canlı efirdə kobud şəkildə azarkeşləri susmağa çağırıb.
Qeyd edək ki, "Aston Villa" İngiltərə çempionatının 2026/2027 mövsümündə 8 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.