Çempionlar Liqası: Həftənin futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.

“Report” xəbər verir ki, səsvermə azarkeşlər arasında aparılıb.

Belə ki, 1/8 final mərhələsinin ilk oyununda İngiltərə təmsilçisi “Mançester Siti”nin İspaniyada "Real Madrid"i 2:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Kevin De Bröyne qalib olub.

28 yaşlı belçikalı yarımmüdafiəçi Serxio Busqets ("Barselona", İspaniya) və Serj Qnabrini ("Bavariya", Almaniya) qabaqlayıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32