"Keşlə" yoxlama görüşündə Ukrayna komandasına məğlub olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın Antalyada təlim-məşq toplanışında olan "Keşlə" klubu növbəti yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, Bakı komandasının budəfəki rəqibi Ukraynanın "Karpatı" klubu olub.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakılıların matçda yeganə qolunu ikinci hissədə meydana çıxan Əlibəy Məmmədli vurub.

Digər xəbərlər