"Keşlə"nin futbolçusu yubiley matçını keçirib

“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev Premyer Liqada 200-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XIV tura təsadüf edib. "Sumqayıt"la səfər qarşılaşması (3:1) müdafiəçi üçün yubiley xarakteri daşıyıb.

Əliyev ölkə çempionatında 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52