"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım".
"Report"un məlumatına görə, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı zədələnmiş Ruslan Qurbanovun oynamamasını komandası üçün böyük itki sayıb.
"Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm", - deyə Əhmədov fikirlərini tamamlayıb.