"Keşlə" klubunun legioneri sıradan çıxıb

"Keşlə" futbol klubunun qapıçısı Stanislav Namaşko zədələnib.

"Report"un məlumatına görə, moldovalı qolkiper səfərdə "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqanın XIV tur matçında ayağından xəsarət alıb.

Əzələsi dartılan qapıçı 68-ci dəqiqədə Kamal Bayramovla əvəzlənib.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab paytaxt klubunun xeyrinədir - 2:0.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52