Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.
"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.
46-cı dəqiqədə Rəham Hacıyev fərqlənib.
"Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq 10-cu pillədə möhkəmlənib. "Sabah" 75 xalla liderdir.
Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.