"Kəpəz"in baş məşqçisi: "Planlaşdırdığımız işləri meydanda icra edə bilmədik"

"Kəpəz" komandası "Turan Tovuz"la matçda meydanda istədiyi oyunu sərgiləyə bilməyib.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XVI turunda "Turan-Tovuz"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb:

"İstədiyimizi meydanda edə bilmədik. Meydanda kimin olması önəmli deyil. Elə oyunlar olur ki, nə qədər güc itirirsən, amma rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, bir neçə gün ərzində danışıb planlaşdırdığımız işləri icra edə bilmədik. Bu, təbii haldır. Bəzən belə matçlar olur. İstəməzdik bu gün belə olsun, amma uduzduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan "Kəpəz" - "Turan Tovuz" matçı qonalqların 2:0 hesablı qələbəsi ilə bitib. "Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.

Digər xəbərlər