2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak etmək hüququ qazanan "Karvan" növbəti transferini reallaşdırıb.
Klubdan "Report"a verilən məlumata görə, Yevlax təmsilçisi İngiltərənin "Kristal Pelas" kollektivinin yetirməsi olan Kayl Spensi sıralarına cəlb edib.
Hücumameyilli yarımmüdafiəçi ilə birillik sözləşmə imzalanıb.
O, son olaraq Şimali İrlandiyanın “Kolerayn" klubunda forma geyinib.